Qusarda yük maşınının vurduğu fəhlə ölüb
Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunun Qusar rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, həmin ərizədə elektrik işləri görən paytaxt sakini 1970-ci il təvəllüdlü Şakir Abdullayevi TIR vurub. Nəticədə o hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WSMənbə: baku.ws