Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib
Rusiyanın paytaxtı Moskva şəhərinin Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar ümumilikdə 40-dan çox reys gecikib və ya təxirə salınıb.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 07:26-ya qədər, Vnukovoda 13 reys gecikib, daha yeddi reys təxirə salınıb.
Domodedovoda 12 reys gecikib, ikisi ləğv edilib, Şeremetyevoda yeddi reys gecikib.
Həftənin əvvəlində Moskva hava limanlarında 80-ə yaxın reys təxirə salınıb və ya ləğv edilib.
BAKU.WSMənbə: baku.ws