Image

Lənkəranda 57 yaşlı qadını maşın vurdu

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gundem.az "qafqazinfo"ya istinadən xəbər verir ki,  hərəkətdə olan nəqliyyat vasitəsi rayonun Boladı kənd sakini 1967 - ci il təvəllüdlü Şairə Əliməmməd qızı Xankişiyevanı vurub.

Ağır bədən xəsarətləri alan piyada Lənkəran Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti