Image

Naxçıvan-Şahbuz magistralında qəza olub, yaralı var - FOTO

Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib. Gundem.az nuhcixan-a istinadən xəbər verir ki, hadisə Şahbuz rayonu Sələsüz kənd ərazisində qeydə alınıb.  İki avtomobilin toqquşması nəticəsində Cəhri qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əliyev Daşqın Muxtar oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti