"İran bütün dünyanı hədəf alacaq"
İsrail ərazisinə bu yaxınlarda edilən hücum planetin digər ölkələrini nə gözlədiyinin "sadəcə elanı" idi, ona görə də Tehranı mümkün qədər tez dayandırmaq lazımdır.
Gundem.az axar.az-a istinadən xəbər verir ki, bunu İsrail xarici işlər naziri İsrail Katz deyib.
"İran raketləri: sizə yaxın bir şəhərə doğru gedir. Çox gec olmadan İranı dayandırın. Dünya SEPAH-ı terror təşkilatı kimi tanımalı və İranın ballistik raket proqramına qarşı sanksiyalar tətbiq etməlidir", - nazir bildirib.