Image

“Evdə tək” filminin 43 yaşlı aktyoruna ulduz qoyuldu - FOTO

90-cı illərin ən populyar filmi “Evdə tək”in uşaq ulduzu Makoley Kalkinin (Kevin) adına Hollivudun “Şöhrət Xiyabanı”nda ulduz qoyulub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hazrda 43 yaşı olan aktyor tədbirə həyat yoldaşı Brenda Sonq və iki övladı ilə qatılıb.

“Evdə tək”in aktyorları Ketrin Ohara, Paris Cekson da Makoley bu xoş günündə tək qoymayıblar.

“Evdə tək” və “Evdə tək 2” filmlərinin uşaq ulduzu Makoley Hollivudun “Şöhrət Xiyabanı”nda 2765-ci ulduzun sahibi olub.

Kalkin mərasimdəki çıxışı zamanı ona daim dəstək olan həyat yoldaşı Brendaya təşəkkür edib:

"Brenda, sənə təşəkkür etmək istəyirəm. Sən mənim hər şeyimsən. Sən tanıdığım ən yaxşı insansan".

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb