Bu ölkədə 7,5 bal gücündə zəlzələ oldu
Filippin sahillərində 7,5 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri əhalisi 10,6 min nəfər olan Taqbin bələdiyyəsindən 19 km şimal-şərqdə olub.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, zəlzələnin ocağı 63 km dərinlikdə yerləşib. ABŞ sunami xəbərdarlığı sistemi sunami təhlükəsi barədə xəbərdarlıq edib.
BAKU.WSMənbə: baku.ws