Qəzzada öldürülən jurnalistlərin sayı 141-ə ÇATIB
2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada öldürülən jurnalistlərin sayı 141 nəfərə çatıb. Gundem.az xəbər verir ki, bu barədə Anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, onlardan sonuncusu, Fələstinin El-An xəbər agentliyinin əməkdaşı Məhəmməd Bisam əl-Camal olub. O, İsrail ordusunun Rəfahdakı evinə endirdiyi hava hücumu nəticəsində həlak olub.