Qazaxda hərbçinin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
Hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır. Bu barədə BAKU.WS-ə Baş Prokurorluqdan bildirilib. Qeyd edilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır. ***12:44 Qazax rayonunda mina partlayışı baş verib, xəsarət alan var. BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Qazax Rayon Mərkəzi Xəstəxanasından bildirilib. Bildirilib ki, aprelin 29-da qeydə alınan mina partlayışı nəticəsində xəsarət alan şəxs əməliyyata götürülüb, ayağının bir neçə barmağı amputasiya olunub. Onun durumunun stabil olduğu vurğulanıb. Minaya düşən şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu ehtimal edilir BAKU.WSMənbə: baku.ws