Image

Məhkəmədən Anar Məmmədli ilə bağlı QƏRAR

Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar verib.

Gundem.az bildirir ki, bu barədə Report-a onun vəkili Cavad Cavadov məlumat verib.

O, bildirib ki, A.Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin 3 ay 28 gün müddətinə həbsqətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

Xatırladaq ki, A.Məmmədli ötən ay saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu