Bakıda iki motosiklet toqquşub: 22 yaşlı sürücü ölüb
İyulun 10-da saat 16:00 radələrində Bakının Xətai rayonunda iki motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 22 yaşlı Amin Cəfərovun idarə etdiyi motosiklet eyni istiqamətdə hərəkət edən, 21 yaşlı Elşən Hüseynovun idarə etdiyi digər motosikletlə toqquşub.
Məlumata əsasən, yüksək sürət və yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə müşayiət olunan qəza nəticəsində Amin Cəfərov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, moped və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təhlükəsizlik tələblərini pozmamağa və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağa çağırıb.
Mənbə: anews.az