Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq
İyulun 13-ü, saat 07:00-dək Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar 3 küçədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata görə, Səməd Vurğun küçəsi (Füzuli küçəsindən A.A.Bakıxanov küçəsinədək), Nazim Hikmət küçəsi (H.B.Zərdabi-Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək), Sənan Abdullayev küçəsi (Baksol yolu) - (Z.Bünyadov prospektindən S.Abdullayev küçəsi, döngə 1-dək) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
AAYDA aparılan işlərlə əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən anlayış göstərmələri və qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələrini xahiş edir.
Mənbə: anews.az