Image

Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti iyulun 12-14-də Bakı, Abşeron yarımadası və ölkənin bir sıra rayonlarında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edib.

Xidmətin məlumatına görə, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin, Naxçıvan Muxtar Respublikası, Şəmkir, Gəncə, Daşkəsən, Goranboy, Naftalan, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Tərtər, Bərdə, Mingəçevir, Hacıqabul, Neftçala, Masallı, Lerik, Yardımlı, Biləsuvar və Cəlilabadda isə şərq küləyinin əsəcəyi proqnozlaşdırılır.

Məlumata əsasən, küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq saniyədə 13,9-20,7 metr təşkil edəcək.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq