Image

Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb

Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində avtomobil su hovuzuna düşüb.Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub.

Dalğıclar tərəfindən qaldırıcı kranın köməyi ilə avtomobil və içərisində olan 1957-ci il təvəllüdlü Rafiq Paşa oğlu Kərimovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq