Gürcüstan “3+3” platforması ilə bağlı qəti mövqeyini açıqladı
Gürcüstanın “3+3” platforması ilə bağlı mövqeyi aydındır: ölkə bu formatda iştirak etməyib, etmir və etməyəcək.
Gundem.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkənin ictimai kanalında bildirib.
O, Gürcüstanın qonşu dövlətlər - Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı əməkdaşlığı və ikitərəfli münasibətlərinin olduğunu vurğulayıb.
Bundan əvvəl “3+3” platformasının Tehranda keçirilən iclası da Gürcüstanın iştirakı olmadan keçirilib.
Həmin vaxt rəsmi Tbilisi bildirmişdi ki, Rusiya Gürcüstanın ərazilərini işğal altında saxladıqca, bu formatda keçirilən görüşlər boykot ediləcək.
Mənbə: gundem.az