Image

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA

İyulun 12 -i saat 09:00 olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbyacan ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az yağış yağıb.

Düşən yağıntının miqdarı: Balakən, Qrız, Qusar (Laza), Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.

Şahdağ, Şahbuz, Qusar, Daşkəsəndə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 17 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27 dərəcəyədək isti müşahidə olunub.

Mənbə: anews.az

Xəbər lenti