Image

Bakı–Quba yolunda yanacaqdaşıyan avtomobil aşıb və yanıb

Bakı–Quba–Rusiya sərhədi ödənişli avtomobil yolunun 60-cı kilometrliyində yanacaqdaşıyan avtomobilin aşması nəticəsində yanğın baş verib, Fövqəladə Hallar Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, “MAN” markalı avtomobil idarəetməni itirərək yol kənarına aşıb. Hadisə yerinə Sumqayıt şəhər yanğından mühafizə qüvvələri cəlb olunub.

Yanğın avtomobilin yanacaq çənində başlayıb və yanğınsöndürənlərin müdaxiləsi nəticəsində kabinəyə və ətraf ərazilərə yayılmadan söndürülüb.

Hadisə nəticəsində qoşqudakı yanacaq çəni və ətrafa dağılan yanacaq təxminən 500 kvadratmetr sahədə yanıb.

Xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır

Mənbə: anews.az

Xəbər lenti