Image

Deputat: vətəndaşın vaxtı və pulu itir, reyslər niyə dəyişdirilir?

Milli Məclisin deputatı Siyavuş Novruzov Bakı–Naxçıvan marşrutu üzrə aviareyslərdə sərnişinlərin əvvəlcədən xəbərdar edilmədən uçuş vaxtlarının dəyişdirilməsi ilə bağlı narahatlığını ifadə edib və məsələ ilə bağlı aidiyyəti qurumlardan açıqlama istəyib.

"Hava reysləri avtobus reysinə dönüb. Vətəndaş bilet alır, sonra məlum olur ki, bileti sabaha keçiriblər. İnnovasiyalar dövründə bu nə yanaşmadır? Həm Bakıdan, həm də Naxçıvandan eyni vəziyyət müşahidə olunur. Vətəndaş xərc çəkib hava limanına gedir, sonra məlum olur ki, reys dəyişdirilib. Bunu araşdırmaq lazımdır. Aidiyyəti qurumlar buna bir açıqlama verməlidirlər", – deputat bildirib.

Novruzovun sözlərinə görə, reyslərin son anda təxirə salınması və ya başqa günə keçirilməsi sərnişinlər üçün əlavə xərc və narahatlıq yaradır.

Deputat məsələ ilə bağlı səbəblərin araşdırılmasını və aviareyslərdə yaranan vəziyyətə dair rəsmi izahat verilməsini istəyib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti