Azərbaycanda pensiya ödənişləri 10% artıb
Bu ilin birinci yarısında Azərbaycanda pensiya ödənişlərinə 3 milyard 916 milyon manat yönəldilib. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 368 milyon manat və ya 10% çoxdur.
İlin əvvəlindən pensiyalar 9,3% indeksləşdirilərək artırılıb. İyulun 1-nə pensiyaların orta aylıq məbləği illik müqayisədə 10% artaraq 594 manata çatıb. Yaşa görə orta aylıq pensiyanın məbləği isə 632 manat təşkil edib.
Yanvar–iyun aylarında 23 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Elektron pensiya təyinatına başlanıldığı 2019-cu ilin əvvəlindən indiyədək isə bu üsulla ümumilikdə 201 min pensiya təyin olunub.
Mənbə: anews.az