Gəncədə yas mərasimində zəhərlənmə: 6 nəfər xəstəxanaya yerləşdirilib
Gəncədə daha bir yas mərasimində zəhərlənmə faktı qeydə alınıb.
Qafqazinfo xəbər verir ki, altı nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə Tapdıq Həsənli (1999), Leyla Hüseynova (1951), Ramil Məmmədov (1982) və Ülviyyə Hacıyeva (1974) hospitalizasiya olunub.
Hadisə zamanı zəhərlənən daha iki azyaşlı isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.
İlkin məlumata görə, zərərçəkənlər yas mərasimində qəbul etdikləri qidadan zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az