Image

Bakıda daha üç ünvanda yol təmiri başa çatıb

Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir işləri çərçivəsində daha üç ünvanda yenidənqurma işləri yekunlaşıb.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işləri ötən şənbə və bazar günləri Dairəvi küçəsində (Bakı Dairəvi yolu), Sənan Abdullayev küçəsində (Baksol yolu) və Nazim Hikmət küçəsində həyata keçirilib.Təmirin başa çatdırılması ilə sözügedən yol sahələrində nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.

Mənbə: anews.az

Xəbər lenti