Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb
Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" mülki ticarət gəmisi yerli vaxtla saat 15:15 radələrində dron hücumuna məruz qalıb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin-dən (XİN) məlumat verilib.
Məlumata görə, gəmidəki ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, digər ekipaj üzvləri Odessada sahilə çıxarılıb və onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
XİN bildirib ki, gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Nazirliyin məlumatına əsasən, Azərbaycanın Ukraynadakı səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır və Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirir.
Mənbə: anews.az