Image

Azərbaycanda təhsil müəssisələrinin 63%-i genişzolaqlı internetlə təmin olunub

Azərbaycanda təhsil müəssisələrinin 63%-də genişzolaqlı internet mövcuddur. Bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib.

Onun sözlərinə görə, təhsil müəssisələrində internet xidmətləri genişləndirilir və internetə çıxış artıq əsas ehtiyaclardan birinə çevrilib.

Xanlarov bildirib ki, altı il əvvəl ölkə üzrə hər 33 şagirdə bir kompüter düşürdü. Növbəti illər üçün əsas hədəflərdən biri hər bir şagirdin rəqəmsal alətlərlə təmin edilməsidir.

O qeyd edib ki, məktəblərdə zərərli məzmun filtrasiya olunur, eyni zamanda təhsil müəssisələrində internet trafikinin həcmi artır.

Xanlarov əlavə edib ki, cari ildən etibarən təhsil sənədlərinin, o cümlədən diplomların elektron formada verilməsi nəzərdə tutulur.

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb