Bu ərazilərdə işıq olmayacaq
Bakı şəhərinin bir sıra ərazilərində və Lənkəran rayonunun bəzi kəndlərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
"Azərişıq" ASC-nin məlumatına görə, Buzovna qəsəbəsində Məmməd Səid Ordubadi və Mirzəağa Əliyev küçələrində, həmçinin "Qoşa Qala" restoranının arxa hissəsində elektrik enerjisinin verilişi gecə saat 02:00-dan 04:00-dək dayandırılacaq.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Əbüdrəhim bəy Haqverdiyev, İnşaatçılar, İsmayıl bəy Qutqaşınlı, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Keşlə qəsəbəsində Nizami Abdullayev, Mirzə Ələkbər Sabir, Yenikənd, Mətləb Ağayev və 1-ci Köndələn küçələrinin bir hissəsində isə saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Zabrat qəsəbəsində Mehdi Hüseynzadə, Nəsibə Zeynalova, Murad Mirzəyev, Aşıq Ələsgər, Hüseyn Cavid, Şövkət Əhmədov və Köhnə Tramvay küçələrində də təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Lənkəran rayonunun Kosalar, Hirkan, Siyavar, Vel, Daştalığcar, Parakənd, Mamusta, Bala Şükür və Gərmətük kəndlərində də aparılacaq təmir və sazlama işləri səbəbindən saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Qurum bildirib ki, yenidənqurma və təmir-bərpa işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Mənbə: anews.az