Image

Kəlbəcərdə çayda batan 11 yaşlı uşağın meyiti tapılıb

Kəlbəcər rayonunda Levçay çayında batan 11 yaşlı oğlanın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Levçayın Kəlbəcər rayonunun Çəpli kəndindən keçən hissəsində batan, 2015-ci il təvəllüdlü Yaqub Abutalıbovun meyiti dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti