Image

Torpaq sürüşməsi nəticəsində 63 nəfər ölüb

Tanzaniyanın şimalında leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 63 nəfər ölüb, 116 nəfər yaralanıb.

Gundem.az Trend-ə istinadən xəbər verir ki,  bu barədə "AFP" agentliyi xəbər verib.

Ölkənin baş naziri Kasim Macalivanın sözlərinə görə, ölənlər arasında 23 kişi, 40 qadın var.

Dekabrın 3-də "AFP" bildirib ki, hadisə nəticəsində 47 nəfər ölüb, 85 nəfər yaralanıb. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.

Mənbə: gundem.az

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb