Dilan Polatın ardından nazirlik fenomenlərə qarşı hərəkətə keçdi - Siyahıda 600 şəxs var
Dilan və Engin Polat cütlüyünə qarşı "çirkli pulların yuyulması" araşdırmasından sonra Türkiyənin ticarət nazirliyi digər sosial media fenomenlərinə qarşı da hərkətə keçib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Əmək və Sosial Müdafiə Nazirliyi sosial media fenomenlərinin paylaşımlarını və qlamur həyat tərzini araşdırmağa başlayıb.
Bildirilib ki, bu çərçivədə təxminən 600 sosial media fenomeni ətraflı şəkildə araşdırılacaq. Nazirlik rəsmiləri qanunsuz hallarla rastlaşarsa, bu vəziyyəti aidiyyəti qurum və bölmələrə çatdıracaqlar.
Digər tərəfdən, Ticarət Nazirliyi də onlayn olaraq satılan məhsulları daha diqqətlə yoxlayacağını elan edib.
Bu layihəyə əsasən, internet və telefon kimi vasitələrlə satılan məhsulların şikayət gəldiyi təqdirdə yoxlanılacağı bildirilib.
BAKU.WSMənbə: baku.ws