Image

Altı ayda cinayət işləri üzrə icraata xitam verilməsi ilə bağlı 355 qərar ləğv edilib

Azərbaycanda bu ilin ilk altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar əsassız və qanunsuz hesab olunaraq ləğv edilib.

Bu barədə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında bildirilib.

Məlumata görə, 2026-cı ilin birinci yarısında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması istiqamətində tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, prosessual rəhbərliyin gücləndirilməsi və effektiv nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədilə zəruri addımlar atılıb. Bu tədbirlər cinayət işləri üzrə qərarların qanunvericiliyin tələblərinə uyğun qəbul edilməsinə nəzarətin daha da gücləndirilməsinə xidmət edir.

Mənbə: anews.az

Xəbər lenti