Küləkli hava ilə bağlı xəbərdarlıq edilib
Azərbaycanın bəzi rayonlarında iyulun 25-26-da külək güclənəcək. Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux, Kəlbəcərdə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Xaçmaz, Qusar, Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək
Mənbə: anews.az