Image

Ağdamda yenidən yanğın başlayıb

Ağdam rayonunda növbəti yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, yanğın rayonun Papravənd kəndi ərazisində minalanmış açıq ərazidə baş verib, 20 hektara yaxın ərazini əhatə edir.

Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 avtomobili və Ağdərə rayonun 1 avtomobili şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 41 dərəcə isti olacaq

Azərbaycan nefti ucuzlaşıb