Image

Bakı–Tbilisi qatarı Gürcüstandakı elektrik problemi səbəbindən gecikib

Gürcüstanın Qardabani–Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında yaranan problem səbəbindən Bakı–Tbilisi sərnişin qatarı gecikib. Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) məlumat yayıb.

ADY-nin bildirdiyinə görə, nasazlığın aradan qaldırılması uzandığından gözləmək istəməyən sərnişinlərin Qardabani stansiyasında qatardan enməsinə şərait yaradılıb.

Məlumata əsasən, qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 41 dərəcə isti olacaq

Azərbaycan nefti ucuzlaşıb