Naxçıvanda 25 yaşlı gəncin ölüm xəbərinə dözməyən anası da vəfat edib
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 25 yaşlı gəncin qəfil ölümündən sonra anası da vəfat edib.
Rayonun Vənənd kənd sakini, 25 yaşlı Elvar Babayev səhhətinin qəfil pisləşməsi nəticəsində dünyasını dəyişib. İlkin məlumata görə, onun yüksək qan təzyiqi səbəbindən vəfat etdiyi bildirilir.
Məlumata görə, Elvar Babayevin ölüm xəbəri ailəsinə çatdırıldıqdan qısa müddət sonra anası Fatimə Babayeva da ürək tutması keçirərək həyatını itirib. Yaxınlarının sözlərinə görə, o, oğlunun qəfil ölümündən sarsıntı keçirmişdi.
Faktlarla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə: anews.az