Image

Bakıda havada tozun miqdarı normanı 1,7 dəfəyədək üstələyib

Bakıda və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraiti nəticəsində havada tozun miqdarı normadan 1,4–1,7 dəfə çoxdur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

Onun sözlərinə görə, tozlu hava meteoroloji şəraitlə bağlı lokal xarakter daşıyır.

"Belə hava şəraitinə bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yayması səbəb olub", - o bildirib.

Abbasova əlavə edib ki, sinoptik şəraitlə əlaqədar tozlu hava şəraitinin sabah günorta saatlarınadək davam edəcəyi proqnozlaşdırılır.

Mənbə: anews.az

Xəbər lenti