Image

TƏBİB: Küləkli hava ilə bağlı Bakıda iki nəfər xəsarət alıb

Küləkli hava şəraiti ilə əlaqədar Bakı şəhərində iki nəfərin xəsarət alması ilə bağlı təcili tibbi yardım çağırışı qeydə alınıb. Bu barədə TƏBİB məlumat yayıb.

Məlumata görə, hər iki ünvana Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları cəlb edilib.

Bildirilib ki, saat 07:55 radələrində Səbail rayonu, Xəqani küçəsi ərazisindən daxil olan çağırış əsasında xəsarət alan bir qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Saat 10:25 radələrində isə Nizami rayonu, Atletlər kəndi ərazisindən daxil olan çağırış zamanı xəsarət alan bir kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırılıb.

Mənbə: anews.az

Xəbər lenti