Image

Azərbaycanda iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb

Azərbaycanda ayrı-ayrı rayonlarda baş verən iki hadisədə iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb.

Astara rayonunun Kijəbə qəsəbə sakini, 36 yaşlı Babək Meybəli Baxşıyev kənd ərazisində elektrik dirəyində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Digər hadisə Xaçmaz rayonunda qeydə alınıb. Xudat kənd sakini, 49 yaşlı Zakir Mühəddin Rəcəbovun idarə etdiyi "Belarus" markalı, 90 M 994 dövlət qeydiyyat nişanlı traktorun tüstü borusu əkin sahəsinin üzərindən keçən elektrik naqilinə toxunub. Nəticədə sürücünü elektrik cərəyanı vurub və o, hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti