Bloomberg: Apple kamerasız ağıllı eynəklər hazırlayır
Apple istifadəçi məxfiliyini gücləndirmək məqsədilə kamerası olmayan yeni ağıllı eynəklər üzərində işləyir. Bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, şirkət ağıllı eynəklərin bir neçə variantını hazırlayır. Modellərdən birində kamera yalnız məlumatların toplanması və süni intellekt funksiyalarının işləməsi üçün istifadə olunacaq, lakin foto və video çəkilişi mümkün olmayacaq. Digər variant isə ümumiyyətlə kamerasız olacaq.
Bildirilib ki, hər iki modeldə zəng etmək və audio məzmun dinləmək funksiyaları saxlanılacaq.
Bloomberg-in məlumatına əsasən, Apple-ın yeni ağıllı eynəklərinin 2027-ci ilin iyununda keçiriləcək Ümumdünya Tərtibatçılar Konfransında (WWDC) təqdim olunacağı, seriyalı istehsalın isə həmin ilin sonuna planlaşdırıldığı qeyd edilir.
Gülnar
Mənbə: anews.az