Image

Azərbaycanlı şagirdlər ilk dəfə IB Qlobal Gənclər Fəaliyyət Fondunun qrantını qazanıblar

Azərbaycanlı şagirdlər ilk dəfə Beynəlxalq Bakalavrın (IB) Qlobal Gənclər Fəaliyyət Fondu (Global Youth Action Fund - GYAF) proqramının qalibləri olublar.

İdrak Liseyinin IB Diploma Programme şagirdləri Raul Quliyev və Anar Allahverdi, eləcə də ADA School-un şagirdi Ayxan Orucov “Moving Library” layihəsinin həyata keçirilməsi üçün 1 300 ABŞ dollarınadək qrant qazanıblar.

IB-nin Festival of Hope təşəbbüsü çərçivəsində həyata keçirilən GYAF dünyanın ən iri gənclər qrant proqramlarından biridir. Bu il 40-dan çox ölkədən daxil olan 1 100-dən artıq müraciət arasından 324 gənci təmsil edən 110 layihə maliyyələşdirilmək üçün seçilib.

“Moving Library” layihəsi təhsil resurslarına çıxışı məhdud olan icmalarda məktəblilər arasında mütaliə vərdişlərinin inkişafını və kitab resurslarına çıxışın genişləndirilməsini hədəfləyir. Layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində oxu müsabiqələri və maarifləndirici tədbirlər keçiriləcək.

Mənbə: anews.az

Xəbər lenti