Image

Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində inşa olunan yeni avtomobil körpüsünün tikintisi başa çatıb.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində istismar müddətini başa vurmuş köhnə körpü sökülərək onun yerində müasir standartlara cavab verən yeni biraşırımlı körpü tikilib. Körpü müasir mühəndislik tələblərinə uyğun layihələndirilərək inşa edilib.

Tikinti işləri zamanı körpünün dayaqları və aşırım qurğusu tikilib, yanaşma yolları abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki hissələri və digər zəruri yol infrastrukturu elementləri quraşdırılıb.

Yeni avtomobil körpüsü artıq nəqliyyat vasitələrinin istifadəsinə verilib.

Mənbə: anews.az

Xəbər lenti