Image

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.

Mənbə: anews.az

Xəbər lenti

“Brent” nefti ucuzlaşıb