Image

Azərbaycanda şəkər ixracı artıb

2026-cı ilin  yanvar-iyununda Azərbaycan 131 milyon 643 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyon 692 min dollar (12,5 %) çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə Azərbaycan həmçinin 73 milyon 502 min ABŞ dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 51 milyon 456 min dollar (3,3 dəfə) çoxdur.

6 ayda şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,6 %-ni, ixrac isə ümumi ixracın 0,4 %-ni təşkil edib.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Mənbə: anews.az

Xəbər lenti

“Brent” nefti ucuzlaşıb