Image

Səhiyyə Nazirliyi: Hepatit B və C qaraciyəri illərlə simptomsuz zədələyə bilər

Hepatit B və C virusları uzun illər heç bir əlamət vermədən qaraciyəri zədələyə, sirroz və qaraciyər xərçəngi riskini artıra bilər. Bunu Ümumdünya Hepatit Günü münasibətilə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq-hepatoloq Emin Məmmədov bildirib.

Onun sözlərinə görə, hepatit B peyvənd vasitəsilə qarşısı alına bilən, hepatit C isə müasir antiviral preparatlar sayəsində əksər hallarda tam sağalan xəstəlikdir.

Mütəxəssis risk qrupuna daxil olan şəxslərə – qan köçürülməsi, cərrahi və ya stomatoloji müdaxilə keçirənlərə, steril olmayan alətlərlə tatu, pirsinq və ya manikür etdirənlərə, eləcə də digər risk qruplarına hepatit B və C testlərindən keçməyi tövsiyə edib.

Emin Məmmədov vurğulayıb ki, erkən diaqnostika və vaxtında başlanan müalicə qaraciyər sirrozu və qaraciyər xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

“Brent” nefti ucuzlaşıb