Image

Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb. Bu barədə nazirlik məlumat yayıb.

Namizədlər nəticələri qeydiyyatdan keçdikləri "MyCulture" vahid şəxsi kabineti və exam.culture.az portalı vasitəsilə əldə edə bilərlər.

Qəbul olunan namizədlər tələb olunan sənədləri 15 avqust saat 18:00-dək "MyCulture" şəxsi kabinetində müvafiq bölməyə yükləməklə qəbullarını təsdiqləməlidirlər.

Mənbə: anews.az

Xəbər lenti