Ağdamda daha iki kənddə yanğın başlayıb
Ağdam rayonunun daha iki kəndində yanğın baş verib.
"Qafqazinfo"nun məlumatına görə, Mərzili kəndi ərazisində başlayan yanğından sonra alov Eyvazxanbəyli və Göytəpə kəndlərinə də yayılıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb edilib.
Nazirliyin qüvvələri yanğının söndürülməsi və alovun daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində işləri davam etdirir.
Mənbə: anews.az