Sabah bu ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişinin keyfiyyətinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 29-da Bakının bəzi ərazilərində təmir-təftiş işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən MİDA yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişinə saat 10:00-dan 13:00-dək məhdudiyyət tətbiq ediləcək.
Nərimanov rayonunda isə İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında elektrik enerjisinin verilişi saat 09:00-dan 13:00-dək mərhələli şəkildə dayandırılacaq.
"Azərişıq" bildirib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Mənbə: anews.az