Image

Antalyada meşə yanğınları 2 gündür davam edir

Türkiyənin Antalya vilayətinin Kaş rayonunun Üzümlü məhəlləsində meşəlik ərazidə baş verən yanğının söndürülməsi işləri ikinci gündür davam edir.

Yanğına 3 təyyarə, 8 helikopter, 18 yanğınsöndürən maşın, iş texnikası və 135 nəfərlik şəxsi heyətlə müdaxilə olunur.

Ərazinin sıldırım, maili və qayalıq olması yanğınsöndürmə qruplarının işini çətinləşdirib.

Qeyd edək ki, Manisa vilayətində zeytunluq və kolluq ərazidə baş verən yanğın isə nəzarət altına alınıb. Yanğın nəticəsində 40 hektar ərazi zərər görüb. Ərazidə soyutma işləri davam etdirilir.

Mənbə: anews.az

Xəbər lenti