Image

AQTA: Zaqatalada dönərdən zəhərlənmə şübhəsi ilə bağlı kafenin fəaliyyəti məhdudlaşdırılıb

Zaqatalada fəaliyyət göstərən "Real" kafesində dönərdən zəhərlənmə şübhəsi ilə bağlı araşdırmalara başlanılıb və obyektin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib. Bu barədə qurumdan anesws.az-ın sorğusuna cavab olaraq bildirib. 

AQTA-nın bildirdiyinə görə, iyulun 29-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Agentliyin 1003 Çağrı Mərkəzinə rayon ərazisində yerləşən "Real" kafesində istehlak edilən dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin əməkdaşları tərəfindən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Yoxlama çərçivəsində toyuq dönəri və istehlaka təqdim olunan digər qida məhsullarından nümunələr götürülərək laborator analizə göndərilib.

AQTA həmçinin kafedə plandankənar yoxlama aparıldığını və araşdırma müddətində obyektin fəaliyyətinin müvəqqəti olaraq məhdudlaşdırıldığını bildirib.

Gülnar Nazimqızı 

Qurum qeyd edib ki, laborator müayinələrin və araşdırmaların yekun nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

Mənbə: anews.az

Xəbər lenti