Image

Naxçıvanda tranzit yükdən 4,5 kiloqram tiryək aşkarlanıb

 

Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda İrandan Böyük Britaniyaya aparılan tranzit yükdən 4 kiloqram 500 qram tiryək aşkarlanıb.

Bu barədə Naxçıvan Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, Azərbaycan ərazisindən tranzit keçməklə "qarışıq ərzaq" yükü daşıyan nəqliyyat vasitəsinə narkotik axtarışı üzrə xidməti itin tətbiqi ilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında yerləşən soyuducunun alt hissəsində kustar üsulla hazırlanmış gizli saxlanc yerindən külli miqdarda narkotik vasitə – 4,5 kiloqram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Türkiyədə yaxta batdı