Nigar Fərhadın əri həbs edilib
Məşhur aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş onun faktiki rəhbərlik etdiyi “AİD Group” xaricdə təhsil şirkəti ilə bağlıdır.
Bir müddətdir “AİD Group”la bağlı şikayətlər səngimirdi. Elə saytımızda da bu barədə bir neçə yazı dərc edilib. Sonuncu dəfə Nigar Fərhadın “yoxa çıxması” ilə bağlı xəbər vermişdik.
Hüquq-mühafizə orqanlarının ilkin araşdırması nəticəsində şirkətin faktiki rəhbəri Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Mənbə: anews.az