Image

Rza Əhmədovu qətlə yetirən şəxs SAXLANILDI

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Gundem.az-a Göyçay rayon prokurorluğunun məlumat verilib.

Qeyd olunub ki,  mayın 23-də saat 21 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Rza Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. “Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mehdi Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rza Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mehdi Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub”, - qurum əlavə edib. (Sfera.az)

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb