Image

Reuters: HƏMAS 50-yə yaxın girovu azad etməyə razılıq verib

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında üç günlük atəşkəs müqabilində 50-yə yaxın girovu azad etməyə razı olub. 

BAKU.WS xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb.

Razılaşmanın şərtlərinə görə, İsrail həmçinin yəhudi dövlətinin həbsxanalarında saxlanılan bəzi fələstinli qadın və uşaqları azad etməli və anklavlara göndərilən humanitar yardımın həcmini artırmalı olacaq. Bununla belə, agentliyin həmsöhbətinin sözlərinə görə, İsrail hakimiyyəti hələlik sövdələşmənin şərtləri ilə razılaşmayıb və hələ də detallarla bağlı danışıqlar aparır.

Reutersin mənbəsinin məlumatına görə, Qətər vasitəçiləri çərşənbə günü HƏMAS və İsraillə razılığa gəlməyə çalışıblar. Müzakirə olunan sövdələşmə ABŞ ilə razılaşdırılıb, deyə o, qeyd edib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb